!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aşıq Zülfiyyənin EFİR “KODEKSİ”: “Heç kimin tamaşaçılara mənfi enerji ötürməyə...”

!Reklam – Yazi

“Heç kimin verilişlərdə tamaşaçıya mənfi enerji ötürməyə haqqı yoxdur”.

Bu fikirləri sənətçilərin efirdə tamaşaçılara sayğı ilə yanaşmalarının vacibliyindən danışan Aşıq Zülfiyyə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, heç kəslə problemi olmadığı üçün dəvət edildiyi verilişlərə rahatlıqla qatılır:

“Heç vaxt verilişə dəvət alanda soruşmamışam ki, məndən başqa o verilişdə kimlər olacaq? Gəlib studiyada qonaqları görürəm. Çünki mənim heç kimlə problemim yoxdur. Mənə elə gəlir ki, bununla maraqlanan adamların öz səbəbləri var.

Düşünürlər ki, problem yaşadıqları insanla qarşı-qarşıya gələ bilərlər və bunu istəmədikləri üçün də qabaqcadan aparıcıdan qonaqların kim olacağını soruşurlar. Bu mənada həmişə içim çox rahat olub. Bir də mən yaradılanı Yaradana görə sevirəm”.

Sənətçi getdiyi verilişlərdə bəzən xoşagəlməz hallarla qarşılaşdığını da bildirib:

“Bəzən dəvət aldığım verilişdə elə hadisələrlə qarşılaşmışam, elə məqamlar yaşanıb ki, bu vəziyyət ürəyimcə olmayıb. Təkcə verilişdən söhbət getmir, elə toyda, məclislərdə, digər çəkiliş məkanlarında da belə hallar yaşamışam.

Amma belə hallarda susuram. Çünki hesab edirəm ki, heç kimin verilişlərdə tamaşaçılara mənfi enerji ötürməyə haqqı yoxdur. Hər kəsin özünə görə içində bir dərdi, problemi var. Mən tamaşaçıları öz problemlərimlə yormağı xoşlamıram.

Adam var, çıxıb efirdə hər şeydən – ac qalmasından, maddi sıxıntılarından tutmuş digər şəxsi problemlərinə qədər danışır. Həmişə bunun əleyhinə olmuşam və belə şeyləri özümə rəva bilməmişəm. El qınağından ehtiyat edirəm.

Sənət adamının borcu sənətini nümayiş etdirməkdir, şəxsi problemlərini yox. Problemin var, özünə, bunun izləyicilərinə nə aidiyyatı var? Onlar səni bir sənət adamı kimi qəbul edir və səndən sənətini nümayiş etdirməyi gözləyirlər. Hər halda, bu, mənim qənaətimdir”.

Cəvahir

www.yenicag.az

287
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv