!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“AŞPA Azərbaycansız natamam bir qurum olacaq”

!Reklam – Yazi

“AŞPA Azərbaycansız natamam bir qurum olacaq”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin AŞPA-da nümayəndə heyətinin üzvü Zeynep Yıldız qurumun qış sessiyası zamanı bildirib.

“Azərbaycanın AŞPA-da olması bu qurumun güclü tərəfidir. AŞPA müxtəlif mədəniyyətlər arasında dialoq platforması olmalıdır. Qurum plüralizm fəlsəfəsinə sadiq qalmazsa, nasaz vəziyyətə düşəcək. AŞPA-nın müxtəlif münaqişələri həll edib yoluna qoymağı bacaran dünyəvi təşkilat ola bilməsi üçün Azərbaycana ehtiyacı var”, – Z.Yıldız deyib.

Türkiyəli deputat əlavə edib ki, Azərbaycan Avropa Şurası Parlament Assambleyasının əvəzsiz üzvlərindən biridir:

“Bu təşkilatın çoxtərəfliliyi kontekstində Azərbaycanın burada olması bu qurumu Avropa İttifaqı və digər beynəlxalq təşkilatlardan fərqləndirən amillərdən biridir.

Z.Yıldız deputatları Azərbaycan nümayəndə heyətinin assambleyadakı tamhüquqlu üzvlüyünü qorumağa çağırıb./report/

www.yenicag.az

157
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv