!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AŞPA-nın növbəti “QARA QƏTNAMƏSİ”: “Üç-beş nəfəri çıxmaqla, bu deputatlar üz qarasıdır” - ETİRAZ

!Reklam – Yazi

“O dəqiqə də səhər-axşam AzTV-yə çıxaraq danışacaqlar ki, erməni lobbisi, qərəz, filan…”

Bu fikirləri Avropa Şurası Parlament Assambleyasında (AŞPA) daha bir ermənipərəst qətnamənin qəbul edilməsində Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin fəaliyyətsizliyinə münasibət bildirən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət deyib.

Onun fikrincə, fəaliyyətini ölkənin maraqlarına və dövrün tələbinə uyğun qura bilməyən Milli Məclis buraxılmalıdır:

“Biz Vətən müharibəsini uğurla başa çatdırdıqdan sonra yazdığım qeydlərdə bildirmişdim ki, Azərbaycan prezidenti kifayət qədər çevik insandır, dünyanı yaxşı anlayır, özü informasiya cəbhəsində hamımızdan öndədir və onun uğurlu fəaliyyəti nəticəsində ərazilərimizi uzunmüddətli işğaldan azad edə bilmişik.

Lakin Azərbaycan prezidentinin bu dinamikasını təkrarlayacaq, ona uyğun davranacaq parlament sarıdan bəxtimiz gətirməyib. Həqiqətən də, Azərbaycan parlamenti bütün anlamlarda sinifdə qalır.

AŞPA-nın qətnaməsindən danışırıq. İmkan olsa, parlamentə sorğu verin və müəyyənləşdirməyə çalışın ki, Vətən müharibəsinin gedişində neçə ölkənin parlamentlərarası dostluq qrupları ilə birbaşa da olmasa, onlayn təmaslar qurulub, onlara Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verilib.

Əgər cavab versələr, deyəcəklər ki, sıfır. Bu yaxınlarda öyrəndim və dəhşətə gəldim ki, bizim Milli Məclisin Rusiya Dövlət Duması ilə dostluq qrupu bu günə kimi rusiyalı həmkarları ilə əlaqə belə qurmayıb. Təsəvvür edirsiniz, bu nə deməkdir?

Bu üzdən, AŞPA-da bizim əleyhimizə belə qətnamələr qəbul olunur. O dəqiqə də səhər-axşam AzTV-yə çıxaraq danışacaqlar ki, erməni lobbisi, qərəz, filan… Sən fəaliyyətsiz qalıb, erməni isə işləyəndə belə olacaq da… Zəhmət çək, sən də işlə! Özümüz boş oturub, hamını qərəzdə, anti-Azərbaycançılıqda suçlamağa öyrəşmişik. Bizim deputatlar nə zaman gedib Avropa ölkələrinin parlamentləri, həmkarları ilə əlaqə qurdular? Qurmamısansa, çək cəzanı…

Ona görə də Azərbaycan parlamenti dərhal buraxılmalıdır. Üç-beş nəfəri çıxmaqla, bu deputatlar üz qarasıdır. Baxın, Azərbaycan prezidentinin dinamikası hara, parlamentin bu ölü fəaliyyəti hara? Yenə deyirəm, bu parlament dərhal buraxılmalıdır”.

A.Zeynalov

www.yenicag.az

874
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv