!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Aşqabadda Azərbaycana təbrik ünvanlandı – Bəyannamə

Reklam: Sinerji Pro

Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsinin Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanırıq.

Yenicag.az xəbər verir ki, bu barədə Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti, 15-ci sammitinin yekun Bəyannaməsində deyilib.

Bəyannamədə Azərbaycan hökuməti və xalqına işğal olunmuş ərazilərin azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik ünvanlanıb.

Sənəddə bundan sonrakı mərhələdə Qafqaz regionunda mehriban qonşuluq münasibətlərinin qurulmasının vacibliyi vurğulanır.

Həmçinin İƏT-ə üzv dövlətlərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə sərmayə qoymaq imkanlarını araşdıracağı qeyd edilir.

www.yenicag.az

201
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100