!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aşqabadda nizamlanan Azərbaycan-İran münasibətləri: “Anladılar ki, başqa çarə yoxdur, barışmaq lazımdır” - ŞƏRH / VİDEO

!Reklam – Yazi

“Köklü maraqlara görə istənilən əhəmiyyətsiz narazılıq aradan qaldırılır və ürəkbulandıran hərəkətlərin təsiri qalmır”.

Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyevlə İran prezidenti İbrahim Rəisinin Aşqabadda baş tutan görüşündə verilən qarşılıqlı müsbət siqnalları dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onud sözlərinə görə, münasibətlərin normallaşmasında İranda yeni prezident seçilməsinin təsiri yoxdur:

“Əslində, bir çox köklü məsələlərdə Azərbaycanla İranın mövqeyi üst-üstə düşür. O baxımdan, bu ölkələrlə hansısa ötəri hadisələrə görə ciddi münaqişəyə girməyimiz, düşmənə çevrilməyimiz düzgün deyil. Məhz o köklü maraqlara görə  əhəmiyyətsiz narazılıq aradan qaldırılır və ürəkbulandıranistənilən hərəkətlərin təsiri qalmır.

Göyə də çıxsan, yerə də girsən, burada on milyon, İranda isə bundan bir neçə dəfə çox azərbaycanlı yaşayır. Bu məqam ikitərəfli münasibətləri qiymətləndirməyə imkan verir. Mədəniyyət, ədəbiyyat, din və daha nə qədər ortaq tərəflərimiz var.

İranla münasibətlərin normallaşmasında o ölkədə yeni prezident seçilməsinin təsiri yoxdur. Çünki əvvəlki prezidentlərlə də münasibətlər yaxşı idi. Sadəcə, onlar arada bir az cırnadılar ki, oyundankənar vəziyyətdə qalıblar… Amma sonra anladılar ki, başqa çarə yoxdur, barışmaq lazımdır”.

A.Zeynalov

www.yenicag.az

411
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv