!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Astanada Xocalı faciəsinin 32 ci ilinə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

!Reklam – Yazi

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra dövlət himnimiz səsləndirildi.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Xocalı faciəsi barədə məlumat verib.

Qeyd edib ki, Xocalı soyqırımı heç vaxt xatirələrdən silinməyəcək, lakin Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi şanlı Zəfər bu qanlı hadisənin qurbanlarının ruhunu şad etdi, azərbaycanlıların qəlbinə bir növ su səpdi. Bu qanlı hadisədən 32 il vaxt keçməsinə baxmayaraq soyqırımı törədənlər hələ də cəzalandırılmayıb və Azərbaycan bu gün də Xocalıya ədalət axtarışını davam etdirir.

Xocalı soyqırımı azərbaycanlılar üçün tarixin ən ağrılı səhifələrindən biri olmaqla yanaşı, ermənilərin əsl üzünü göstərən insanlıq tarixinin ən dəhşətli nümunələrindən biridir.

Sonra Xocalı soyqırımını özündə əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.

www.yenicag.az

185
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv