!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Astanadan verilən “TURAN” MESAJI: “Siyasətçilər sözlə deyə bilmədiklərini bu vasitə ilə...” - RƏY

!Reklam – Yazi

“Su şüşələri masalara elə düzülmüşdü ki, “Turan” sözü kameralara doğru çevrilmiş vəziyyətdə idi”.

Bu fikirləri Astana Sammitində rəsmi görüşlər zamanı masalara “Turan” markalı suların düzülməsinin daşıdığı mesajı dəyərləndirən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Mütəxəssisin sözlərinə görə, “Turan” mesajı müəyyən ünvanlara çatdırılmaq üçün əvvəldən hazırlanıb:

“Əlbəttə ki, bu, kommunikasiyada tez-tez istifadə olunan bir mesajdır. Yəni siyasətçilər və diplomatlar görüşlərdə, bəyanatlarda deyə bilmədiklərini məhz belə mesajlarla, simvollarla çatdırırlar. “Turan” markalı suyun həmin tədbirdə masaya qoyulması da mesaj xarakteri daşıyır.

Digər tərəfdən, nəzərə alaq ki, Orta Asiya dövlətləri yaxın keçmişə qədər Turan sözünü dillərinə gətirməyə çəkinsələr də, bu gün o adda olan suyu rəsmi masaların üstünə qoyurlar.

Bir məqama da toxunmaq istərdim. Bilirsiniz ki, su şüşələrinin üzərindəki yazı onun yalnız bir hissəsinə həkk edilir. Astanada isə şüşələr masalara elə düzülmüşdü ki, “Turan” sözü kameralara doğru çevrilmiş vəziyyətdə idi. Bu da onu göstərir ki, o mesaj müəyyən ünvanlara çatdırılmaq üçün əvvəldən hazırlanıb.

Əslində, türk dövlətləri arasında yaxınlaşmanın bu səviyyəyə çatacağı öncədən də açıq müşahidə olunurdu və bizim də bu istiqamətdə fəaliyyətimiz oldu. Xatırlayırsınızsa, 2019-cu ildə Türkdilli dövlətlərin piar mütəxəssislərinin Bakı Forumunu təşkil etdik.

Yəni hiss olunurdu ki, türk dövlətlərinin yaxınlaşması dönməz prosesə çevrilib. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı zəfər isə bu prosesə yeni təkan verdi. Artıq türk dövlətləri də açıq görürlər ki, onların problemlərinin həllində Rusiya, İran, yaxud da Çinə yox, bir-birimizə arxalanmaq daha effektli və səmərəlidir”.

A.Zeynalov

www.yenicag.az

751
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv