!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Astara meşəsində baş verən yanğın söndürüldü

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyi (FHN) Astara rayonunda baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

FHN-dən Yenicag.az-a daxil olan məlumatda deyilir:

“20.12.2021-ci il tarixində səhər saatlarında Astara rayonunun Diqo kəndi yaxınlığında Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinə məxsus ərazidə baş vermiş yanğın söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində təqribən 18 ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlərin birgə səyi ilə yanğının genişlənərək meşə ərazisinə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, yanğın baş verdiyi ərazi mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün yanğınsöndürmə işləri zamanı əsasən əl əməyindən istifadə olunub”.

www.yenicag.az

382
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv