Axşam saatlarında Astara şəhəri ərazisində dənizdə boğulma hadisəsi baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, Nizami küçəsi, ev 168-də yaşayan Abbasov Xəzər Abbasqulu oğlu sahildə yerləşən istirahət mərkəzinin yaxınlığında dənizdə çimərkən suda batıb.
Yaxınlıqda olan dostu ona yardım edə bilməsə də, hadisə barədə ətrafdakılara məlumat verib. Axtarışlara Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xilasediciləri qoşulub. X.Abbasovun cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yaxınlarının bildirdiyinə görə, dünən mərhumun bir övladı dünyaya gəlibmiş. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə gətirilib.
Faktla bağlı araşdırma aparılır.