!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Astarada 40 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi

!Reklam – Yazi

Oktyabrın 29-da saat 08:30 radələrində Astara rayonu Pəlikəş kəndi ərazisində 1983-ci il təvəllüdlü Vahabov Burxan Ayətulla oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 2005-ci təvəllüdlü Əhmədov Pərviz Habil oğlu könüllü polisə təslim olub.

Bildirilib ki, şübhəli şəxs saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

283
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv