Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Astarada DƏHŞƏT - 85 yaşlı qadın yanaraq öldü

Astara şəhəri, Heydər Əliyev prospektində, fəaliyyət göstərməyən, birmərtəbəli inzibati binada yanğın olub.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, binanın ümumi sahəsi 6 m² olan 1 otağında təxminən 1 m² sahəyə yığılan plastik qablar yanır. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddət ərzində söndürülüb. Otağın qalan hissəsi və bina yanğından mühafizə olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı otaqda müvəqqəti məskunlaşmış, 1936-cı il təvəllüdlü Əsgərova Sudiyə Ələsgər qızının meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

www.yenicag.az

217
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100