!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Astarada DƏHŞƏT - Bacı qardaşını baltaladı

Astara rayonunda bacı qardaşını baltalayıb.

Astara rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, yanvarın 5-i saat 10 radələrində Astara rayonu Təngərüd kənd sakini 1982-ci il təvəllüdlü İlkin Qənbərova yaşadığı evdə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin bacısı 1986-cı il təvəllüdlü Nadirə Qənbərovanın şəxsi münasibətlər zəminində əvvəllər aralarında olmuş mübahisə ilə əlaqədar qeyd edilən tarixdə səhər saatlarında, həmin vaxt yatmış vəziyyətdə olan İlkin Qənbərovun bədəninin müxtəlif nahiyələrinə balta ilə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

Nadirə Qənbərova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

 

www.yenicag.az

104
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100