!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Astarada dəhşətli qətl - Həmyerlisini YANDIRDI

!Reklam – Yazi

Astarada yanmış evdə meyiti tapılan 58 yaşlı kişinin qətlə yetirildiyi məlum olub.

Yenicag.az xəbər verir ki, hadisə dekabrın 7-də rayonun Şiyəkəran kəndində baş verib.

Belə ki, Əliyev Sadıq Noruz oğlu 1961-ci il təvəllüdlü Əliyev Cabir Mürvət oğlunun evində baş verən yanğın nəticəsində öldüyü barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Rayon polis şöbəsi və prokurorluğu tərəfindən araşdırma nəticəsində C.Əliyevin həmkəndlisi S.Əliyev tərəfindən qətlə yetirilməsi məlum olub.

S.Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Məlumata görə, hər iki şəxsin aralarında mübahisə yaranıb. S.Əliyev odun parçası və bıçaqla C.Əliyevə zərbələr endirib. Daha sonra S.Əliyev otaqda olan sobaya təpik vurub və evdə yanğın baş verib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

www.yenicag.az

926
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv