!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Astarada evə basqın: Ev sahibi ÖLDÜRÜLDÜ  

!Reklam – Yazi

Astara rayonunda qətl törətməkdə təqsirləndirilən Rüstəm Heydərova hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.

Yenicag.az xəbər verir ki, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi şiakyəti təmin etməyib, hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə 2020-ci il sentyabrın 30-u saat 23 radələrində Astara rayonunun Çayoba kəndində qeydə alınıb.

Belə ki, rayon sakini R.Heydərov quldurluq niyyəti ilə həmkəndlisi və uzaq qohumu Rəhimə Aslanovanın yaşadığı evə qanunsuz daxil olub. Daha sonra o, silah qismində istifadə etdiyi əşya ilə qadını xüsusi amansızlıqla qətlə yetirib.

R.Heydərov saxlanılaraq istintaqa cəlb olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.11-cü (Qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (Quldurluq) maddələri ilə ittiham irəli sürülüb.

İttiham aktına əsasən, R.Heydərovun bankların birinə kredit borcu olub. O, borclarını ödəyə bilməməsi səbəbi ilə düşdüyü çətin vəziyyətdən çıxmaq üçün əvvəllər R.Aslanovadan pul istəyib.

www.yenicag.az

369
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv