!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Astarada həmkəndlisini qətlə yetirən şəxs saxlanıldı

!Reklam – Yazi

Astarada 56 yaşlı qadın qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsinə oktyabrın 1-də rayonun Çayoba kəndində yaşayan 56 yaşlı Rəhimə Aslanovanın üzərində zorakılıq əlamətləri olan meyitinin evinin həyətində aşkar edilməsi barədə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.

Baş Cinayət Axtarışı İdarəsi və Astara Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Çayoba kənd sakini R.Heydərov saxlanılaraq istintaqa təhvil verilib.

www.yenicag.az

789
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv