Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Astarada maskalı şəxs evə basqın etdi

Astara rayonunda maskalı şəxs qadının yaşadığı evə basqın edib.

Yenicag.az-ın məlumatına görə, rayonunun Şahağacı kənd sakini olan qadın DİN-in “102 xidməti-zəng mərkəzi”nə müraciət edərək iyunun 27-də gecə saatlarında naməlum maskalı şəxsin onun yaşadığı evə pəncərədən daxil olaraq əlindəki bıçaq və mişarla hədələyərək 2000 manat və 5000 rublu ələ keçirdiyini bildirib.

Astara Rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində rayon ərazisində quldurluq edən maskalı şəxs saxlanılıb.

Aparılan araşdırmalarla həmin şəxsin rayonunun Şahağacı kənd sakini Rövşən Abdullayev olduğu müəyyən edilib və saxlanıldıqdan sonra cinayət hadisəsi zamanı istifadə etdiyi əlcək, maska və quldurluq yolu ilə əldə etdiyi pulun bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir./Report/

www.yenicag.az

1744
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS