!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Astarada qanunsuz saxlanılan silahlar aşkarlandı

!Reklam – Yazi

Astarada qanunsuz olaraq odlu silah saxlama və yerin təkindən istifadə faktları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 3 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri aşkar edilib. Həmin faktlarla bağlı qanunamüvafiq tədbirlər görülməklə silahlar aidiyəti üzrə təhvil verilib.

Bundan əlavə, şöbə əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə keçirdikləri tədbirlər zamanı Xəzər dənizinin rayon ərazisindəki sahil zonasından qanunsuz qum daşınması ilə bağlı 2 fakt aşkarlanıb və həmin hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228-ci (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsilə inzibati qaydada protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv