!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Asthetik Lab" klinikası vətəndaşları BOĞAZA YIĞIB: Zənglərin ardı-arası kəsilmir - ŞİKAYƏT

!Reklam – Yazi

Bakıda yerləşən “Asthetik Lab” estetik kosmetologiya klinikası qadınların nömrələrini icazəsiz əldə edib onlara zəng vuraraq kosmetik prosedurlara dəvət etməsi narazılığa səbəb olub.

Yenicag.az xəbər verir ki, bu barədə bir sıra xanımlar sosial şəbəkədə paylaşım ediblər.

Məlumata görə, sözügedən klinika yüzlərlə qadının nömrələrini hardansa əldə edib və onlara zəng edərək müxtəlif vədlərlə aldadıb klinikaya gətirirlər. Onların vədinə inanıb klinikaya gələn şəxsə isə 3000-5000 manatlıq kremlərini, maskalarını satırlar. Pulu çatmayana isə kreditlə ödənişi təklif edirlər. Çox hallarda isə klinikaya gəlmək istəməyən şəxsə fərqli nömrələrdən dəfələrlə zəng edərək razı salmağa çalışırlar.

Həmin xanımlardan biri də Şahnaz Həsənova adlı sosial şəbəkə istifadəçisidir. O yaşadığı vəziyyətlə bağlı artıq polisə şikayət etmək həddində olduğunu qeyd edib:

“Asthetik Lab” adlı bir klinika var imiş. Əsəb sistemimi tamam pozublar. Hər gün 2-3, hətta 8 dəfə fərqli nömrələrdən zəng edirlər ki, kampaniyaya düşmüsünüz. Klinikamıza gəlin sizə xidmət edək. Hər dəfə etik qaydada bildirirəm ki, ehtiyacım və zamanım yoxdur. Bu halda deyirlər ki, saat 18:00-dan sonra gəlin. Razılaşmadıqda şənbə və ya bazar günü gəlməyi təklif edirlər. Hələ çəkinmədən, “Əşi iş həmişə var, gəlin”, – deyirlər. Əməkdaşdan nömrəmi silməyini və bir daha zəng etməməsini tələb etsəm də, bir neçə saat sonra yenidən zəng edirlər. Özüm müəlliməm və səhərdən axşama kimi onlayn dərslərdə oluram. Təsəvvür edin ki, hər dəfə zəng gələndə vacib ola biləcəyi ehtimalı ilə uşaqlardan üzr istəyərək zəngi açıram. Sonuncu dəfə zəng edən xanıma bildirdim ki, bir daha zəng etsələr, şikayət edəcəm. Xanım həll edəcəyini desə də, sonradan yenə zəng gəldi. Mən nə edim, hara şikayət edim?!”.

Gülşən Şərif

www.yenicag.az

1248
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv