!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aşura mərasimlərinin yaratdığı RİSK: “Yoluxma sayının yenidən artmasına imkan vermək olmaz” - Partiya sədri

!Reklam – Yazi

“İnsanların Allaha ibadəti məscidə getmək və ya Aşurada kütləvi mərasimlər təşkil etməklə ölçülməməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında mövcud karantin rejimində kütləvi Aşura mərasimləri keçirilməsinin ölkədə sabitləşdirilən yoluxma statistikasının yenidən mənfiyə doğru dəyişə biləcəyini diqqətə çatdıran Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev deyib.

Musa Ağayev hesab edir ki, hər bir insanın dini inancına hörmətlə yanaşılmalıdır. Lakin koronavirus pandemiyasının aradan qalxmadığı şəraitdə kütləvi dini tədbirlərin keçirilməsinə icazə verilməsi insanların sağlamlığını təhlükə altına sala bilər:

“Hazırkı pandemiya dövründə istənilən kütləvi tədbirlərin keçirilməsi doğru addım olmaz. Bu baxımdan, Aşura ilə bağlı mərasimlərin təşkili də məqsədəuyğun deyil.

Ümumiyyətlə, insanların sağlamlığının qorunmasında qanunlarla yanaşı, həyati və digər məsələlər də nəzərə alınmalıdır. İnsanların Allaha ibadəti məscidə getmək və ya Aşurada kütləvi mərasimlər keçirməklə ölçülməməlidir. İnsanın öz qəlbində Allaha ibadət istəyi olmalıdır.

Yəni pandemiya ilə bağlı kütləvi dini mərasimlərin keçirilməsinə icazə verilməməsi heç də inanclı insanların ibadətinə əngəl sayılmamalıdır”.

Gülşən Şərif

www.yenicag.az

1560
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv