Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Asya: “Nişanlım mənə qadağa qoymasa da…” - FOTO

“Bircə bu pandemiya bitsəydi, biz də işimizə dönəpdik. Neçə vaxtdır teatrlar bağlıdır. Evdə oturmaqdan yorulmuşam, səhnə, tamaşaçı üçün çox darıxmışam”.

Bunu Yenicag.az-a açıqlamasında pandemiyadan bezən aktrisa Asya Atakişiyeva deyib.

Nişanlı olan , aktrisanın pandemiya səbəbindən toyu da təxirə düşüb:

“Hələ ki, gözləyirik, görək nə vaxt bu xəstəlik bitəcək”.

Çoxdandır ki, seriallarda görünməyən aktrisaya nişanlısı qadağa qoyub?

Asya sualımıza belə aydınlıq gətirib:

“Nişanlım da sənət adamıdır, hələ ki, mənə qadağaları yoxdur. Amma maraqlı ssenarilər olsa, çəkilərəm. Çox istərdim ki, tarixi seriallar, filmlər ekranlaşdırılsın. Qadağalara gəlincə, nişanlımdan da öncə özümün özümə qadağalarım olub, hər obraza çəkilmirəm. Açıq-saçıq obrazlara ümumiyyətlə, çəkilmirəm. Qaldı ki, nişanlıma, istənilən məsələdə onunla məsləhətləşirəm. Təbii ki, əvvəllər tək idim, amma indi artıq nişanlıyam və ailə həyatı qurmağa hazırlaşıram. Demək ki, onun fikirləri ilə hesablaşmalıyam. Hər hansı bir məsələdə onunla məsləhətləşirəm, qarşılıqlı anlaşma əsasında razılığa gəlirik. Onun hər bir sözünə və fikrinə hörmətlə yanaşıram”.

Aktrisa nişanlısının qısqanc olduğunu da gizlətmədi:

“Nişanlım qızqancdır. Bəziləri deyir ki, qısqanclıq inamsızlıqdan, bəziləri isə sevgidən yarandığını deyir. Mən bunun səbəbini özüm də anlamıram”.

Cəvahir

Loading...

www.yenicag.az

250
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100