!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ata qızını naqillə boğaraq öldürdü - XƏBƏR VAR/YENİLƏNDİ

!Reklam – Yazi

Sumqayıtda qızını boğaraq öldürməkdə şübhəli bilinən kişi tutulub.

Bu barədə Yenicag.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 15-də Sumqayıt şəhər sakini 1984-cü il təvəllüdlü Zəminə Mehtiyevanın öldürülməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin atası Salam Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Zəminə Mehtiyevanı elektrik naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Salam Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

 

*** 15:00

 

Sumqayıtda qətl hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə şəhərin “Tuqzavod” yaşayış massivində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Cəfərova Zəminə Salam qızı aralarında olan münaqişə zəminində atası tərəfindən naqillə boğularaq öldürülüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qətli törətməkdə şübhəli bilinən ata saxlanılıb, faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

558
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv