Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Atadan ürəkparçalayan ÇAĞRI

Razim Məmmədov anadangəlmə 3-cü qrup əlildir. O, 2019-cu ildən Hepatit B virusunun daşıyıcısıdır və ağır dərəcəli qaraciyər serrozu xəstəliyindən əziyyət çəkir.

Qısa zamanda qaraciyər transplantasiyası keçirməlidir. Əks halda həyatını itirəcək. Onun atası və ailə üzvləri donor olmağa hazırdır. Lakin bu əməliyyatın həyata keçirilməsi üçün, çox böyük vəsait tələb olunur ki, ailənin bu məbləği qarşılayacaq maddi imkanı yoxdur. Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alan Razimin himayəsində 2 azyaşlı övladı var.

Atası Pənah Məmmədov oğlunun yaşaması üçün Azərbaycan xalqının xeyirxah övladlarına məktubla müraciət edib.

O, məktubda maddi durumunun ağır olduğunu yazaraq, kömək istəyib:

“Müayinələr nəticəsində həkimlərin gəldiyi qənaət budur ki, oğlum ən qısa zamanda Qaraciyər transplantasiyası əməliyyatı keçirməlidir. Əməliyyat olmayacağı təqdirdə oğlum həyatını itirəcək. Mən və ailə üzvlərim oğluma donor olmağa hazırıq. Bu əməliyyatın həyata keçirilməsi üçün, çox böyük vəsait tələb olunur. Ailəmizin bu vəsaiti qarşılayacaq maddi gücü yoxdur. Oğlum hal-hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) müalicə alır. Ailə üzvlərindən heç biri çalışmır. Ailəmin yeganə gəlir mənbəyi dövlət qulluğunda işlədiyim üçün aldığım 340 manat pensiyadır. Qardaşım Məmmədov Malik Bəhmən oğlu Füzuli rayonu Aşağı Əbdülrəhmanlı kəndinində gedən döyüşlərdə Vətən uğrunda qəhrəmancasına şəhid olub. O, ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. Şəhid ailəsi olduğumu, oğlumun 3-cü qrup əlil olduğunu və himayəsində 2 azyaşlı uşağın olduğunu nəzərə alaraq, sizdən oğlumun əməliyyat olunub, yaşaması üçün bizə kömək etməyinizi həm özüm, həm də ailə üzvlərim adından xahiş edirəm. Bu azyaşlı uşaqların sizdən başqa güvənəcəkləri və kömək istəyə biləcəkləri heç kim yoxdur”.

Ünvan: Bakı şəhəri Nərimanov rayonu Malik Məmmədov küçəsi ev 5, mənzil 6.
Əlaqə telefonu: 055-512-43-27 (Atası Pənah Məmmədov)

Cəvahir

Loading...

www.yenicag.az

3859
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100