!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Atam bütün günü xəbərləri izləyir, bir də…” - Meyxanaçı Kərimin oğlu

!Reklam – Yazi

Uzun müddətdir ki, insult xəstəliyindən əziyyət çəkən tanınmış meyxana ustadı Ağakərimin ev şəraitində müalicəsi davam edir.

Bunu atasının sağlıq durumundan danışarkən sənətçinin oğlu Kamil Novruzov Yenicag.az-a açıqlamasında deyib.

O, meyxana ustadının yataq rejimində olduğunu və səhhətinin stabil olaraq qaldığını söyləyib:

“Səhhəti dəyişməz olaraq qalır, ev şəraitində müalicəsi davam edir. Mütəmadi həkim nəzarətindədir. Çox darıxır. Gündəlik məşğuliyyəti ancaq televizora baxmaqdır. Ən çox da xəbərləri izləyir, bir də musiqili verilişlərə baxır. Ürəyi doludur, amma xəstəlik ona meyxana deməyə imkan vermir”.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən səhhətində ciddi problemlər yaranıb. Son bir ildə isə yataq rejimindədir, nitqində problemlər yaranıb.

Cəvahir

www.yenicag.az

568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv