!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Atasını öldürdü, bacısını qətlə yetirdi... - Sosioloqdan XİLAS YOLU

!Reklam – Yazi

“Pandemiya zamanı tətbiq olunan karantin rejimi və insanlar arasında ünsiyyətin azalması cəmiyyətdə gərginliyi daha da artırdı. Nəticədə ailə-məişət zəminində baş verən cinayət hadisələrinin statistikası yüksəldi. Tez-tez sosial mediada xəbərlər yayılır ki, ata oğlunu, bacı qardaşını qətlə yetirdi və s”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış sosioloq Əhməd Qəşəmoğlu günü-gündən artan cinayət hadisələrinin səbəblərini şərh edərkən belə deyib.

Sosioloq son illər cəmiyyətdə psixoloji gərginliyin artdığını bildirib:

“Cəmiyyətdə gərginlik xeyli artıb. Bunun əsas səbəblərindən biri cəmiyyətin günü-gündən həssaslaşmasıdır. İnsanların psixikasına təsir edən amillər çoxalıb. 50 il bundan əvvəl insanlara təsir edə bilməyən səbəblər indi onları özündən çıxarır. Günü-gündən artan cinayət hadisələri mənəvi dəyərlərin aşınması nəticəsində baş verir. Burada səbəb təkcə iqtisadi çətinlik deyil, əsasən psixoloji amillərdir. Pandemiya, insanların bir il ərzində evə qapadılması, karantin vəziyyəti gərginliyi artırdı, insanların ünsiyyətini azaltdı, iqtisadi problemlər çoxaldı, işsizlik baş alıb getdi. Evə qapadılmaq onsuz da gərginlik yaşanan ailələrdə problemləri daha da artırdı. Əvvəllər 100 nikahda 30 boşanma olurdusa, pandemiya dövründə ailələr arasında yaşanan gərginlik nəticəsində bu hal daha da artmış oldu”.

Sosioloq hesab edir ki, belə halların qarşısının alınması üçün aidyyatı qurumlar ciddi sosioloji araşdırmalar aparmalıdır:

“Amma vəziyyət ürəkaçan olmasa da, qorxulu da deyil. Çıxış yolu tapmaq olar. Hər bir xəstəliyin müalicəsi olduğu kimi, cəmiyyətdə yaşanan bu gərginliklərin də aradan qaldırılması üçün çıxış yolları var. Aidiyyatı qurumlar ciddi sosioloji araşdırmalar aparmalı, özlərinə qəsd edən, başqasının həyatına son qoyan insanların sosial portreti yaradılmalıdır. Bu cür halların qarşısının alınması üçün ciddi elmi əsaslara söykənən fəaliyyət proqramı olmalıdır. Televiziyalar xüsusi maarifləndirici proqramlar hazırlamalıdır. Məhz bu cür cinayətlərin qarşısının alınmasına hesablanan teleseriallar mühüm rol oynaya bilər. Ölkədə humanitar siyasət dəyişməlidir”.

Cəvahir

www.yenicag.az

1914
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv