Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Atena"nın "Qarabağ"la bağlı biabırçı reklamı - FOTO  

Reklam: High Technic

“Qarabağ”ın Çempionlar Liqasında uğurlu çıxışı digər sahələrin də canlanmasına səbəb olub.

Yenicag.az xəbər verir ki, bir sıra şirkət və firmalar sosial şəbəkələrdə Ağdam klubu ilə bağlı reklam xarakterli paylaşımlar etməklə müştərilərin rəğbətini qazanmağa çalışırlar.

Bunlardan biri də süd və süd məhsulları istehsalı ilə məşğul olan “Atena” şirkətidir. Məsələ burasındadır ki, sözügedən şirkətin reklam sahəsinə nəzarət edən başbilənləri öz “facebook” səhifəsində inək şəkili ilə “südüm sizə halal olsun” cümləsini qazandığı zəfərə görə “Qarabağ”a həsr ediblər. “Atena”nın bu addımı heç də birmənalı qarşılanmayıb. Reklamı “biabırçılıq” adlandıranlar da var.

 

Belə məqamlarda düşüncəli addım atılsaydı, bəlkə də reklam daha uğurlu alınardı. Hər halda şirkət rəhbərliyi də bilməlidir ki, o uğuru qazananlar inək yox, ana südü ilə böyüyüblər. Yox, əgər “Atena”nın rəhbərliyinə qazandığı uğura görə, “inəyin südü sənə halal olsun” deyilibsə, bu, başqa məsələ…

Yenicag.az

www.yenicag.az

955