Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Atəşkəsdən sonra neçə hərbçimiz həlak olub? - VİDEO

Təəssüflə bildiririk ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, insanların işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları faktları hələ də baş verir.

Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

“10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək qanunsuz səfər hallarına yol vermiş şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan məsələnin həssaslığı və əhəmiyyəti nəzərə alınaraq növbəti dəfə maarifləndirici videoçarx hazırlanmışdır.

Videoçarxı Baş Prokurorluğun sosial şəbəkə səhifələrindən izləyə bilərsiniz”, – məlumatda bildirilib.

Loading...

www.yenicag.az

147