Reklam

Reklam

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan rəhbərliyi ilə iyunda görüşməyi planlaşdırırlar.

Yenicag.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair yaydıqları bəyanatda bildirilir.

“Mayın 15-də Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olunması yolları müzakirə edilib. Anjey Kaspişik görüş iştirakçılarına təmas xəttindəki vəziyyət barədə məlumat verib. Elmar Məmmədyarov intensiv danışıqlara hazır olduğunu bildirib”, – bəyanatda qeyd olunub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 664
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."