!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ATƏT sədri Cənubi Qafqaza səfər edəcək

!Reklam – Yazi

ATƏT-in fəaliyyətdə olan sədri və Maltanın xarici işlər naziri Yan Borq Cənubi Qafqaza səfər edəcək.

Yenicag.az Turan-a istinadla xəbər verir ki, bu barədə özü məlumat yayıb.

Onun sözlərinə görə, ATƏT-in qlobal siyasi və təhlükəsizlik arxitekturasındakı nüfuzu təhdid altındadır.

Eyni zamanda, təşkilatın diqqəti Ukrayna ilə yanaşı, uzanan münaqişələrə, o cümlədən Dnestryanı və Cənubi Qafqazdakı vəziyyətə yönəlib.

“Mənim Serbiya, Kosovo və Moldovaya son səfərlərim, eləcə də Cənubi Qafqaza qarşıdakı missiyalarım etimadı bərpa etmək və ATƏT-in rolunu gücləndirmək üçün tərəfdaşlarla dialoq aparmaq üçün birgə səylərin bir hissəsidir”.

www.yenicag.az

88
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv