!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

ATİB İdarə Heyətinin ümumi yığıncağı keçirildi - VİDEO

!Reklam – Yazi

Ötən gün “Azərbaycan-Türkiyə İş Adamları” Birliyinin (ATİB) İdarə Heyətinin ümumi yığıncağı baş tutub.

Yenicag.az xəbər verir ki, yığıncaqda Camal Yanğın yenidən İdarə Heyətinin sədri seçilib.

İdarə Heyətinin üzvləri olaraq isə Səlcuq Dəmir, Mürsəl Rüstəmov, Azər Hətəmov, Rəna Məmmədova, Qaya Qarslı, Barış Altıbarmaq, Rafiq Qarayev, Təhsin Gündəm, Gürsu Başqan və Sürəyya Verdiyeva təsdiqlənib.

Ümumi yığıncaqda Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə də toxunulub. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov öz çıxışı zamanı bildirib ki, Azərbaycanın xarici ölkələrdə investisiya qoyuluşu həcminə görə Türkiyə birinci yerdədir. Onun sözlərinə görə, hazırda bu sərmayələrin həcmi 20 milyard dollardan çoxdur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov öz çıxışında Qarabağ bölgəsində turizm, kənd təsərrüfatı, dağ-mədən və hasilat sənayesi, tikinti materialları istehsalı, alternativ enerji kimi potensial sektorların yenidən canlandırılması, habelə bölgədə yeni nəqliyyat-logistika dəhlizlərinin formalaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər fonunda Türkiyə ilə əlaqələrimizdəki yeni perspektivlərin mövcudluğundan danışıb. O qeyd edib ki, dövlətin müəyyənləşdirdiyi prioritet sektorlarda qarşılıqlı investisiya qoyuluşu üçün potensial imkanlara dair KOB-ların məlumatlandırılması və Türkiyə iş adamları ilə birgə müəssisələrin yaradılması istiqamətində əməkdaşlıq imkanları genişdir.

“Azərbaycan-Türkiyə İş Adamları” Birliyinin (ATİB) İdarə Heyətinin sədri Camal Yanğın saytımıza açıqlamasında vurğulayıb ki, Qarabağ yenidən qurularaq inkişaf etdiriləcək və bu bərpa-quruculuq işlərində türk şirkətləri öz təcrübələrini bölüşəcəklər.

Qeyd edək ki, ümumi yığıncaqda Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, millət vəkilləri, azərbaycanlı və türk iş adamları, media nümayəndələri iştirak ediblər.

Gülşən Şərif
Cavid Qaçayev

www.yenicag.az

323
Ads
www.veteninfo.com
!Reklam – Arxiv