!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Atletika üzrə Azərbaycan millisinin III Avropa Oyunları üçün heyəti açıqlandı

!Reklam – Yazi

Atletika üzrə Azərbaycan milli komandasının bu il Polşada keçiriləcək III Avropa Oyunları üçün heyəti bəlli olub.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, yığmanın heyətinə 15 idmançı dəvət edilib.

Yarışda Nazim Babayev, Fəxriyyə Tağızadə (hər ikisiUzunluğa tullanma), Aleksis Kopello, Yekaterina Sarıyeva (hər ikisi üç təkanla tullanma), Anna Skidan (çəkic atma), İsmayıl Əliyev (nüvə itələmə / lövhə atma), Əlhəm Nağıyev (100 m / 200 m / 4×100 m / 4×400 m məsafəyə qaçış), Lamiyə Vəliyeva (100 m / 200 m / 400 m məsafəyə qaçış), İlahə Quliyeva (100 m / 200 m / 400 m məsafəyə qaçış), Cavid Məmmədov 400 m / 400 m məsafəyə maneələrlə qaçış / 4x400m), Elman Abışov, Anna Yusupova (hər ikisi 5000 m / 1500 m / 800 m məsafəyə qaçış), Aleksey Əliəkbərov, Əli Abdiyev, Qadir Qurbanov (hamısı 4×100 m məsafəyə estafet qaçışı) qüvvəsini sınayacaq.

Qeyd edək ki, iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq III Avropa oyunlarında atletika yarışları iyunun 20-dən 25-ə kimi keçiriləcək. Ümumilikdə 37 dəst medal sahiblərini tapacaq.

www.yenicag.az

277
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv