!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Atletika üzrə çempionata start verildi

!Reklam – Yazi

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Azərbaycan çempionatına start verilib.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, yarışda paytaxtın müxətlif klub və cəmiyyətlərinin təmsilçiləri ilə yanaşı Gəncə, Naxçıvan, Lənkəran, Astara, Bərdə, Beyləqan, İsmayıllı, Quba və Xızı idmançıları da mübarizə aparırlər.

2006-2007-ci il təvəllüdlü atletlərin qatıldığı birincilikdə ümumilikdə 160 idmançı iştirak edir. Azərbaycan birinciliyi həmçinin qarşıdakı nüfuzlu beynəlxalq yarışlarda ölkəi təmsil edəcək idmançıların müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İyulun sonunda Sloveniyanın Maribor şəhərində keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında və bu yaş kateqoriyasında Balkan Oyunlarında iştirak edəcək milli komandanın heyəti ölkə birinciliyinin nəticələrinə əsasən formalaşdırılacaq.

İlk günün qalibləri

100 metr. Oğlanlar. Novruz Əsədli (Xızı)

100 metr. Qızlar. Bahar Mustafayeva (Bərdə)

400 metr. Oğlanlar. Səid Məmmədov

400 metr. Qızlar. Ləman İsfəndiyarova

1500 metr. Oğlanlar. İsgəndər Əsgərov (Gəncə)

1500 metr. Qızlar. Aysu Abbasova (Naxçıvan)

110 metr. Sədlərlə qaçış. Oğlanlar. Əmir İsmayılov

Üç təkanla tullanma. Oğlanlar. Rəvan Behbudov

Hündürlüyə tullanma. Oğlanlar. Yusif Abdullayev

Nüvə itələmə. Oğlanlar. Məhəmməd Şəfiyev

Nüvə itələmə. Qızlar. Səkinə Hacızad

www.yenicag.az

265
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv