!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Atmosferdə görünməyən qütb işığı aşkar edildi

!Reklam – Yazi

Yerin atmosferində qeyri-adi, görünməyən qütb işığı aşkar edilib. Alimlər kosmik aparatların köməyi ilə planetimizdə daha bir qütb işığının olduğunu müəyyən ediblər. Lakin hamıya məlum olan Şimal və Cənub qütb işıqlarından fərqli olaraq, insanlar onu görə bilmirlər.

Qütb işıqları çoxlarına yaxşı məlumdur və atmosferdə xüsusi cazibəsi ilə seçilir. Estetik zövqlə yanaşı, onlar həm də elm üçün çox faydalıdır. Belə ki, qütb işıqları Yerin atmosferi ilə qarşılıqlı fəaliyyətdə olan günəş hissəciklərinin əks etdirir. İndi alimlər tərəfindən daha bir qütb işığı kəşf edilib, ancaq “Space” nəşrinin yazdığına görə, onu adi gözlə görmək mümkün deyil.

Yenicag.az xəbər verir ki, ABŞ-nin Arizona Universitetinin alimləri mühüm kəşfə imza atıblar. Onlar elan ediblər ki, peyklərin köməyi ilə Yerin atmosferində yeni qütb işığı aşkar edilib və o, özünü işığın infraqırmızı diapazonunda büruzə verir. Bu işıq günəş hissəciklərinin planetimizdə olan karbon qazı molekulları ilə qarşılıqlı fəaliyyəti prosesində meydana çıxır.
Yerin atmosferi bir neçə təbəqədən ibarətdir.

Məsələn, ən aşağı qat troposfer adlanır və burada bizə məlum olan iqlim hadisələrinin hamısı baş verir. Ən yuxarı qat olan termosfer isə Yerin səthindən 80-700 kilometr yuxarıdadır. Məhz burada – 100-250 kilometr yüksəklikdə adi qütb işıqları meydana çıxır. Onlar günəş hissəciklərinin oksigen atomları ilə toqquşması nəticəsində yaranır. Alimlər müəyyən ediblər ki, yeni – infraqırmızı qütb işığı təqribən 90 kilometr yüksəklikdə yaranır.

Qütb işıqlarının öyrənilməsi alimlər üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, onlar indiyədək kosmik məkanın Yerin atmosferinin yuxarı qatları ilə qarşılıqlı fəaliyyətinə dair elə də çox məlumata malik deyillər. Belə tədqiqatlar müxtəlif qütb işıqlarının nə zaman, harada və necə yarandığını anlamağa imkan verir.

Alimlər infraqırmızı qütb işığının il ərzində necə dəyişməsi barədə aydın təsəvvürə də malik deyillər. Ola bilər ki, bu dəyişikliklər Yerin atmosferində karbon qazı səviyyəsinin dəyişməsi ilə əlaqəlidir.

Yeni qütb işığını kəşf edən alimlər onu da müəyyən ediblər ki, planetimizin atmosferinin yuxarı qatlarında günəş hissəcikləri karbon qazının molekulları ilə toqquşaraq öz enerjisini boşaldır. Onlar hesab edirlər ki, yeni məlumatlar kosmosda hava şəraitini daha yaxşı proqnozlaşdırmağa, habelə Günəşin Yer kürəsinə və onu əhatə edən komik fəzaya təsirini öyrənməyə kömək edəcək.

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv