!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Atmosferi çirkləndirən avtomobillərin sürücüləri barədə tədbirlər görüldü

!Reklam – Yazi

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində “Təmiz hava” aylığı ilə bağlı tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Yenicag.az-a bildiriblər ki, texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri barədə tədbirlər görülüb.

Nasaz nəqliyyat vasitələrinin idarə edilməsinin təhlükəli olduğu sürücülərin diqqətinə çatdırılıb.

Yol Patrul Xidmətinin əməkdaşları sürücülərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparıblar. Bildirilib ki, xüsusilə sərnişindaşıma ilə məşğul olan sürücülər bu məsələdə daha diqqətli olmalıdırlar.

www.yenicag.az

135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv