!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Autizmin simptomları və yaranma SƏBƏBLƏRİ: "Buna qarşı preventiv tədbirlər görülsə..." - TİBBİ EKSPERT

!Reklam – Yazi

“Həmin xəstəlik mərkəzi sinir sistemində və beyin qabığında gedən müəyyən problemlərlə bağlıdır”.

Bu sözləri autizm xəstəliyinin simptomları və yaranma prosesindən bəhs edən tibbi ekspert Rasif Bağırov Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, bədəndə bu xəstəliyin yaranmasının qarşısını almaq məqsədilə öncədən preventiv tədbirlər görülməsi vacibdir:

“Bu gün autizm demək olar ki, uşaqlar arasında daha geniş yayılmış bir xəstəlikdir. Adətən, uşaqlarda daha qabarıq şəkildə nəzərə çarpan özünəqapanma halları bu xəstəliyin ilkin simptomlarından biridir. Belə ki, həmin uşaqlar daha çox öz həmyaşıdlarıyla, ailə üzvləriylə kontakta girməkdə çətinlik çəkirlər. Özlərini cəmiyyətdən kənara çəkməyə daha çox meyilli olurlar.

Eyni zamanda qeyd etmək istərdim ki, həmin xəstəlik mərkəzi sinir sistemində və beyin qabığında gedən müəyyən problemlərlə bağlıdır. Hazırda dünya səhiyyə sistemi ümumilikdə demək olar ki, bütün xəstəliklər üzrə genetik faktoru əsas götürür.

Uşaq hələ ana bətnində inkişaf prosesinə başlayarkən ana və ataya məxsus xromosomlardan təşkil olunur. Bu zaman hər hansısa tərəfə aid zəif xromosomların prosesdə iştirakı baş verir. Həmin zəif xromosomlar ya sinir sisteminə, ya mədə-bağırsaq sisteminə, ya da qan-damar sisteminə aid ola bilir. Bütün bunları isə irsi deyil, genetik meyillilik yaradan əlaqələr adlandırmaq daha doğrudur. Yəni həmin xromosomlar gələcəkdə doğulacaq uşaqda bu xəstəliklərə yönəlik genetik meyillilik verir.

Ona görə də hər zaman bu kimi məsələlər olduğu zaman ilk verilən suallardan biri də valideyn və ya yaxın qohumlarda bu tipdə olan xəstəliklərdən hansının daha yayqın olmasıdır. Bu zaman məlum olur ki, tərəflərdən birində və ya hər iki tərəfdə müxtəlif növ xəstəliklərə rast gəlinir. Artıq bu zaman bu amilin genetik faktor olduğu bəlli olur. Sözügedən zəif xromosomlar bədəndə əlverişli mühit axtarışında olurlar ki, rahat şəkildə inkişaf edə bilsinlər.

Bu səbəbdən də bədəndə həmin əlverişli mühit yaranmasa və buna qarşı olaraq preventiv tədbirlər görülsə, bu kimi xəstəliklərdən yan keçə bilir. Sadəcə bu xəstəliklə mübarizə üçün bir növ önləyici tədbirlər görülməsi lazımdır. Burada haqqında bəhs etdiyim genetik faktor yalnız bu formada olur. Bunu irsi xəstəlik adlandırmaq doğru olmaz”.

Yusif Səmədzadə

www.yenicag.az

448
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv