!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valideynlərin övladlarına “NƏTİCƏ” BASQISI: Valideynlər nələri səhv edir?

!Reklam – Yazi

“Valideyn təhriki, hədə-qorxusu ilə imtahandan yüksək bal yığmaq, prestijli bir universitetdə oxumaq şansı qazanmaq, yaxşı mütəxəssis olacağın anlamına gəlmir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında imtahanlarda aşağı nəticə göstərən şagirdlərin valideynləri tərəfindən basqıya məruz qalması və diqqət olunması məqamlar haqda danışan sosioloq Lalə Mehralı deyib.

Onun sözlərinə görə, valideynlər bəzən sıxmağı nəzarət, təzyiqi hədə-qorxu ilə qarışdırırlar.

“Valideynlər bəzən sıxmağı nəzarət, təzyiqi hədə-qorxu ilə qarışdırırlar. Onların bu addımı çox yanlışdır. İmtahanda zəif nəticə göstərmək dünyanın sonu demək deyil. Bu hal müxtəlif səbəblərdən hamının başına gələ bilər. Hər uşaq savadlı ola, eyni nəticəni göstərə, ali təhsilli ola bilməz”, – deyə o əlavə edib.

Ekspert qeyd edir ki, valideynlər bu kimi halları qəbul etməkdə çətinlik çəkir.

“Əgər hər kəs ali təhsilli olacaqsa, işini yaxşı bacaran xarrat, bənna, dəmirçi, pinəçi kim olacaq? Valideyn təhriki, hədə-qorxusu ilə imtahandan yüksək bal yığmaq, prestijli bir universitetdə oxumaq şansı qazanmaq, yaxşı mütəxəssis olacağın anlamına gəlmir. Lakin valideynlər bunu qəbullanmaqda çətinlik çəkir. Bizim cəmiyyətimizdə “Əlinin oğlu ali təhsil aldı, mənim oğlum niyə almasın?” fikri formalaşıb. Əslində, bu düzgün yanaşma deyil. Bəlkə sənin oğlun yaxşı bir dülgər, qənnadı ustası, dərzi, işinin peşəkarı olan bir bərbər olacaq?” – Lalə Mehralı bildirib.

Mütəxəssis əlavə edib ki, valideynlər övladlarını özünü daha yaxşı idafə edə biləcəyi peşəyə yiyələnməsində yardımçı olmalıdır:

Buna görə də övladlarımızı aşağı nəticələr göstərdiyinə görə sıxmaq, hədə-qorxu gəlmək lazım deyil, Əgər övladınızın oxumağa həvəsi yoxdursa ona özünü daha yaxşı ifadə edə biləcəyi bir məşğuliyyət sahəsi tapması, arzusu hansı peşəyə yiyələnməkdirsə, özünü hansı sahədə görürsə o istiqamətə yönəltməyə yardımçı olmaq lazımdır”.

İsmayıl Bakuvi

 

 

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv