!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNDİ

!Reklam – Yazi

Rusiya Federasiyasının senatoru İlyas Umaxanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizi dünyada görkəmli dövlət xadimi, dahi atanızın siyasətinin müdrik və layiqli davamçısı kimi qəbul edirlər. Siz Azərbaycan xalqı üçün uzun illər Azərbaycan Respublikasının davamlı inkişafını, beynəlxalq arenada onun nüfuzunun möhkəmləndirilməsini təmin etmiş böyük lidersiniz. Ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası əbədi olaraq Sizin adınızla bağlı olacaq. Sizin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin inkişafına verdiyiniz töhfə yüksək qiymətləndirilir.

Fəxr edirəm ki, uzun illərdir bizi dostluq bağları, qarşılıqlı hörmət və böyüklərimizin vəsiyyətləri birləşdirir.

Bu əlamətdar gündə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoş əhvali-ruhiyyə, Zati-alinizə xas olan tükənməz enerji, Azərbaycan xalqının rifahı naminə daha məhsuldar fəaliyyət diləyirəm. Arzu edirəm ki, bütün təşəbbüsləriniz və planlarınız həyata keçsin. Sizin quruculuq fəaliyyətiniz daim sevinclə, əmin-amanlıqla, dostluq münasibətləri və xoş əhvali-ruhiyyə ilə müşayiət olunur.

Əminəm ki, Rusiya ilə qardaş Azərbaycanı birləşdirən sıx qarşılıqlı faydalı iqtisadi və humanitar əlaqələr bundan sonra da davam etdiriləcək”.

12:47

***

12:49

İsrail Knessetinin deputatı Aviqdor Liberman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab İlham Əliyev.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Bu il Sizin Azərbaycan Respublikasına rəhbərliyinizin 20 ili tamam oldu. Siz atanızın, əfsanəvi dövlət xadimi Heydər Əliyevin siyasətini davam etdirirsiniz.
Ölkəniz Sizin rəhbərliyinizlə siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə böyük uğurlar qazanıb. Mən Bakıda tez-tez oluram və Sizin hakimiyyətiniz dövründə Azərbaycanda baş verən böyük dəyişikliklərin şahidiyəm.

Sizə möhkəm cansağlığı arzulayıram. Bizdə – İsraildə deyildiyi kimi, 120 il yaşayasınız!

Sizə gözəl ölkənizin rifahı naminə yeni-yeni uğurlar diləyirəm.

Azərbaycan Respublikasına sülh və tərəqqi arzulayıram”.

www.yenicag.az

141
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv