!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avrasiya İqtisadi İttifaqının Azərbaycana TƏSİRİ: "Bu, mümkün deyil" - İQTİSADÇI

!Reklam – Yazi

“Azərbaycanın indiki şəraitdə Avrasiya İqtisadi İttifaqına hər hansısa bir formada qatılması mümkün deyil”.

Bu sözləri Azərbaycanın Avrasiya İqtisadi İttifaqında müşahidəçi status ala biləcəyi ilə bağlı yayılmış iddialara və bu İttifaqın Azərbaycana mənfi və müsbət təsirini şərh edən iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

Natiq Cəfərli bildirib ki, istər hüquqi, istər iqtisadi, istərsə də siyasi baxımdan bu ittifaqa qoşulmaq mümkün deyil:

“Avrasiya İqtisadi İttifaqında Ermənistan da yer alır. İttifaqın nizamnaməsinə görə mal və xidmətlər ölkələr arasında maneəsiz dövr etməlidir. Maneəsiz dövr o deməkdir ki, Ermənistanın malları Azərbaycana, Azərbaycanın malları isə Ermənistana rüsumsuz, sərhəd yoxlamaları olmadan keçə bilər. İndiki şəraitdə bu, mümkün deyil. Hüquqi cəhətdən belə bu, mümkün deyil.

İqtisadi nöqteyi nəzərdən baxdıqda, Azərbaycanın xarici ticarət dövriyyəsinin böyük hissəsi Avropa Birliyi ölkələri ilədir. Azərbaycanın qaz-neft kontraktları Qərb dövlətləri, Avropa Birliyi ölkələri arasında bağlanıb. Azərbaycanın ən böyük tərəfdaşları İtaliya, Almaniya, İsraildir. İnvestiyaların da həcminə baxanda, Azərbaycana qoyulan investisiyaların 80 faizindən çoxu Qərbindir. Azərbaycan iqtisadiyyatı bu anlamda uzun illərdir, Qərbə doğru inkişaf edib. İxracımızın əsas hissəsi Qərbdir, idxalımızın da əsas hissəsi Türkiyə və Qərbdir.

Bu İttifaqa qoşulsa, Azərbaycanın udacağı heç nə yoxdur. İqtisadi modelimiz başqa istiqamətdə qurulub. Ona görə də, Avrasiya İqtisadi İttifaqı Azərbaycana divident gətirməz. Avrasiya İqtisadi İttifaqı təkcə iqtisadi məsələ deyil, həm də siyasi məsələdir. Rusiyanın nüfuz dairəsinə daxil olub-olmamaq məsələsidir. İndiki şərtlərdə Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olması üçün iqtisadi, siyasi və hüquqi əsasları yoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

574
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv