!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avrasiya İqtisadi Zirvə toplantısı: "Azərbaycan bundan sonra da dəstəyini göstərəcək" - Nazir Prezidentin məktubunu çatdırdı

!Reklam – Yazi

“Azərbaycan xalqının və dövlətinin hər zaman olduğu kimi, bu ağır günlərdə də qardaş Türkiyənin yanında bir ürək, bir yumruq kimi birləşdiyini bildirirəm. İlk gündən bütün səviyyələrdə Türkiyə ətrafında səfərbər olan və yüksək həmrəylik nümayiş etdirən Azərbaycan fəlakətin nəticələrinin aradan qaldırılması prosesinə bundan sonra da dəstəyini göstərəcək”.

Yenicag.az xəbər verir ki, bu fikirləri 26-cı Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycan Prezidentinin zirvə iştirakçılarına ünvanlanmış təbrik məktubunu çatdırarkən bildirib.

Dövlət başçısının təbrik mesajında Azərbaycan dövlətinin güclü və qüdrətli Türkiyə Respublikasının bu çətinliklərin də öhdəsindən gələcəyinə inam ifadə olunub :

“İnsan iradəsindən kənar baş verən təbii fəlakətlər, xalqların, dövlətlərin bir-birinin dəstəyinə, həmrəyliyinə nə qədər ehtiyacı olduğunu bir daha nümayiş etdirir. Bu baxımdan, “Güvənsizliyi bitir, işbirliyinə başla!” devizi altında keçirilən bu ilki Avrasiya İqtisadi Zirvəsinin xüsusi mənası vardır” – Azərbaycan liderinin təbrik məktubunda bildirilib.

www.yenicag.az

315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv