Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

AVRO-2020: Avstriya Avropa çempionatı tarixində ilk qələbəsini qazandı - YENİLƏNİR

Reklam: High Technic

Avstriya millisi daha bir meydana sonradan çıxmış futbolçusu ilə qol vurdu. 30 dəqiqə əvvəl meydana girmiş, Çində çıxış edən, serb əsilli futbolçu – Marko Arnautoviçlə hesab arasındakı fərqi artırdı. Qol 89-cu dəqiqədə vuruldu.

Bununla da Avstriya millisi 3:1 qalib gəlməklə tarixində ilk dəfə Avropa çempionatlarında ilk qələbəsini qazandı. Bu həm də avstriyalıların 1990-cı ildən bəri çıxış etdikləri mötəbər turnirlərdə ilk qələbəsi sayılır. Bu komanda sonuncu dəfə qələbəsini 1990-cı ildə İtaliyada keçirilmiş dünya çempionatında qazanmışdı.

***
Avstriya 78-ci dəqiqədə 20 dəqiqə əvvəl meydana çıxmış “Auqsburq”un hücumçusu Mixael Qreqoriçlə hesabda önə çıxdı. Qolun ötürməsini komandanın kapitanı, Madrid “Real”ının yeni üzvü David Alaba etdi.

***

Avstriya – Şimali Makedoniya oyununda ikinci hissə başlandı. Görüşdə hələ ki hesab bərabərdir – 1:1.

***

28-ci dəqiqədə Şimali Makedoniya gözlənilmədən hesabı bərabərləşdirdi – 1:1. İyulda 38 yaşı tamam olacaq “Cenoa”nın təcrübəli hücumçusu Qoran Pandev rəqib qapıçı və müdafiəçi arasında anlaşılmazlıqdan faydalı istifadə etdi. Bu, Şimali Makedoniyanın Avropa çempionatında ilk qolu kimi tarixə düşdü.

***

18-ci dəqiqədə Avstriya hesabı açdı. Monxenqladbax “Borusiya”sının sağ cinah müdafiəçisi Ştefan Layner fərqləndi.

***

Avstriya – Şimali Makedoniya oyunu start götürdü.

***

Bu gün AVRO-2020 çərçivəsində C qrupunun ilk matçı keçiriləcək.

Qrupun ilk matçında Avstriya debütant Şimali Makedoniyanı qəbul edəcək.

Buxarestin Milli Arenasında keçiriləcək görüşdə komandalar bu start heyətlə meydana çıxacaq:

Avstriya (4-4-1-1): Baxman, Layner, Draqoviç, Hintereqer, Ulmer, Baumqartner, Laymer, Ksaver Şlaqer, Alaba (kapitan), Zabitser, Kalayciç

Şimali Makedoniya (5-3-2): Dimitrevski, Alioski, Musliu, Darko Velkovski, Stefan Ristovski, Nikolov, Elmas, Ademi, Bardi, Traykovski, Pandev (kapitan)

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

www.yenicag.az

357
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100