!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AVRO-2024: Azərbaycan Avstriyaya qarşı

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Yenicag.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda Bakıda Avstriyanı qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Görüşün baş hakimi yunanıstanlı Aristotelis Diamantopulos olacaq. F qrupunun digər matçında qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin etmiş Belçika İsveçi qəbul edəcək.

AVRO-2024, seçmə mərhələ

VIII tur

20:00. Azərbaycan – Avstriya

Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, qrupda 6 oyundan sonra Belçika 16 xalla liderdir. Avstriya 13 xalla ikinci, beş matç keçirmiş İsveç 6 xalla üçüncü, Azərbaycan 4 xalla 4-cü sıradadır. Bir xalı olan Estoniya isə sonuncu pillədə qərarlaşıb.

 

www.yenicag.az

262
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv