Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Avro milli valyuta bazarımızda möhkəmlənə bilərmi? - AÇIQLAMA

“Milli valyutamızın dollara kursu avroya münasibətdə həlledici olacaq”.

Yenicag.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov Avropa Mərkəzi Bankının depozit faizlərinin – 0.40 faizdən – 0.50 faizədək endirməsini şərh edərkən bildirib.

İqtisadçının sözlərinə görə, qəbul edilən qərar hələlik valyuta bazarına təsirsiz ötüşsə də, yaxın gələcək üçün avronun möhkəmlənəcəyi ehtimalı yüksək deyil:

“Bu addım funt sterlinqin zəifləməsi və Ağ Evin dolları ucuzlaşdırmaq istəyi fonunda avronun yaxın zamanlarda möhkəmlənmək imkanlarını xeyli azaltdı. Mərkəzi Bank bu ilin noyabrından etibarən, aylıq 20 milyard avroluq bond satışı da həyata keçirmək niyyətindədir. Bond proqramının nə vaxtadək davam edəcəyi barədə hər hansı məlumat verilməyib. Avropa Mərkəzi Bankı gözlənilənə nisbətən yumşaq qərar qəbul etsə də, hələlik Frankfurtda avronun möhkəmlənməsinə müsbət yanaşılmır. Avrozonada proqnozlaşdırılan iqtisadi artıma nail oluna bilməməsi fonunda ABŞ-Çin ticari münasibətləri də avropalıların monetar qərarlarına təsirsiz ötüşmür. Avropa Mərkəzi Bankının son qərarına əsasən, digər aparıcı rəqiblərin, xüsusən də ABŞ Federal Ehtiyatlar Sisteminin proqnozlaşdırılmayan fors-major qərarları olmayacağı halda, avronun kursunun yaxın zamanlarda səbət valyutalara nisbətən möhkəmlənməsi gözlənilmir”.

Vüqar Bayramova görə, milli valyuta bazarımızda avronun möhkəmlənəcəyi gözlənilən deyil:

“Manatın avroya çarpaz məzənnəsi müəyyənləşdirildiyi üçün, milli valyutamızın dollara kursu Avropa puluna münasibətdə həlledici olacaq. Bu isə o deməkdir ki, avro dollara nisbətən dəyər qazanmayacağı halda, bizim valyuta bazarında da möhkəmlənməyəcək”.

Gülşən Şərif

www.yenicag.az

3560
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM