!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Avrokubokda “Qarabağ”a yaradılan ÇƏTİNLİK: “Digər komandaların mövqeyi də...”

!Reklam – Yazi

“Yerli çempionatda matçların təxirə salınmaması “Qarabağ”da yorğunluğa səbəb olsa da, bunun ciddi neqativ təsirinin olacağını düşünmürəm”.

Bu fikirləri UEFA Avropa Liqasında mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ”ın yerli çempionat matçlarının təxirə salınmamasına münasibət bildirən Qol.az saytının baş redaktoru Aydın Bağırov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yerli çempionatda oyunların təxirə salınması məsələsində “Qarabağ”la yanaşı, rəqiblərin də fikirləri nəzərə alınmalıdır:

“Braqa” ilə oyundan əvvəl “Qəbələ” – “Qarabağ” matçının təxirə salınmasına dair Azərbaycan çempionunun Peşəkar Futbol Liqasına ünvanladığı müraciətə müsbət cavab verilmişdi. Hər müraciətdə oyunların təxirə salınmasının tərəfdarı deyiləm. Fikrimcə, belə müraciətlər olduqda, digər komandaların də mövqeyi nəzərə alınmalıdır.

“Qarabağ”la yanaşı, “Qəbələ” və “Neftçi” də Azərbaycan komandalarıdır. Yerli çempionatda oyunların təxirə salınması komandaların planlarına, hazırlıq prosesinə öz təsirini göstərir. Oyunların təxirə salınması “Qarabağ”ın hazırlıq prosesinə şərait yaratsa da, digər komandalara çətinlik yarada bilər.

Yerli çempionatda matçların təxirə salınmaması “Qarabağ”da yorğunluğa səbəb olsa da, bunun ciddi neqativ təsirinin olacağını düşünmürəm. “Qarabağ” “Bayer Leverkuzen”i artıq yaxşı tanıyır. Düşünürəm ki, rəqibə qarşı daha yaxşı oyun sərgiləmək üçün “Qarabağ”ın hazırlaşmağa kifayət qədər vaxtı var. İnarıram ki, “Bayer Leverkuzen”lə Bakıdakı qarşılaşmada sərfəli nəticə əldə edə bilərik”.

İsmayıl Bakuvi

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv