!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa 2-cisi olan narkotik istifadəçisi: "Sevdiyim qız xərçəngdən ölüb..." - REPORTAJ / FOTOLAR

!Reklam – Yazi

Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanovun heykəlinin yaxınlığında yerləşən sökülmüş evdə narkotik istifadəçiləri özləri üçün məskən salıblar.

Yenicag.az-ın reportyor qrupu ərazidə olarkən narkotikdən istifadə edən bir şəxslə qarşılaşıb.

Onunla söhbət edən zaman məlum olub ki, İsa adlı şəxs cüdo üzrə Azərbaycan yığma komandasının üzvü olub.

Avropa ikincisi və üçüncüsü olan İsa, həm də Vətən müharibəsində döyüşüb.

İsa haqqında öyrəndiklərimiz: İsa 1992-ci ildə “Sovetski”də doğulub, orada böyüyüb. Lisey oxuduqdan sonra 2014-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

İsa bildirir ki, bu yola elə cüdo ilə məşğul olduqdan sonra düşüb:

“Özüm Avropa ikincisiyəm. Daha çox idmançılar bu yola, yəni kriminal aləmə meyilli olurlar. Bu bir ilin içərisində iki dəfə Maştağada müalicədə olmuşam, lakin yenidən istifadəçilərin arasına düşüb təkrar başlamışam. Ümumən 5 ildir narkotik vasitələrdən istifadə edirəm. Lakin 1 ildir ki ağır narkotiklərdən istifadə edirəm, damarıma iynə vururam. Evin tək övladıyam, anam rəhmətə gedib. Atam isə hələ də bilmir ki, mən bu vəziyyətdəyəm. Ümumiyyətlə, ölkədən getmək istəyirəm. İstəyirəm ki, işləyim, yenidən həyata başlayım. İstədiyim qız xərçəngdən dünyasını dəyişib. Titrətmə, tərləmə olmasa, ağrıya dözərəm. Ayaqlarım ağrıyır. Allaha yalvarıram ki, bu bəladan canımı qurtarsın. Ayətəl-kürsi oxuyuram hər gün. Heç vaxt içəridə olmamışam, amma hiss edirəm ki, tutulacam. Lakin tutulmaq istəmirəm. Tək istəyim sənədlərimi yığıb ölkədən gedib həyatımda yeni səhifə açmaqdır. Orta məktəbi əlaçılıqla bitirmişəm”.

İsa bizimlə söhbət edərkən soyadını deməkdən çəkindi. O üzünün belə görünməsini istəmədi.

Sözügedən ərazidən hazırladığımız fotoları sizə təqdim edirik:

Lamiyə Dərgahova
Fotolar: Fariz Faqioğlu

www.yenicag.az

482
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv