!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa Azərbaycan Məktəbində konfrans keçirilib - FOTOLAR

!Reklam – Yazi

Bu gün Avropa Azərbaycan Məktəbində BMT modeli konfrans (MUN) təşkil olunub.

Yenicag.az xəbər verir ki, konfransda bir sıra özəl və dövlət məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

Konfrans işinə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş nitqi ilə açan Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bançini şagirdlərin gələcək karyeralarında onlara uğurlar arzulayıb.

Konfransda çıxış edən Prezident mükafatçısı, tarix elmləri üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin (BDU) dosenti İradə Əlili gənclərin gələcəyin təməlləri olduğunu, onlara uğur yollarında hər zaman dəstək verməyin vacibliyini diqqətə çatdırıb.

Tədbirin yekununda şagirdlər müxtəlif qruplara bölünərək mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparıblar.

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv