!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa Azərbaycana doğru gəlir - Fərid Şahbazlı yazır

!Reklam – Yazi

Həftəmiz Almaniyanın Münxen şəhərində Avropa dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən ənənəvi Təhlükəsizlik Konfransı ilə başa çatır. Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir. Beynəlxalq münasibətlərin tarıma çəkildiyi, yeni dünya müharibəsi təhlükəsinin heç vaxt olmadığı qədər artdığı, dünyanın müxtəlif qütblərində münaqişə ocaqlarının alovlanmağa başladığı bir vaxtda keçirilən bu konfrans əlbəttə ki, mühüm əhəmiyyətə malikdir. Məsələyə Azərbaycanın mövqeyi və prioritetləri baxımından yanaşdıqda, Azərbaycan liderinin konfransa qatılması xüsusilə diqqəti cəlb edir.

Əvvəlkilərdən fərqli olaraq Azərbaycan bu konfransa tamamilə yeni statusda – Qarabağ problemini bir dəfəlik dəfn etmiş və beynəlxalq hüquq müstəvisində tanınan sərhədləri üzərində öz suverenliyin tam olaraq bərpa etmiş bir dövlət kimi qatıldı. Artıq nə bu konfransın, nə də hər hansı başqa bir konfransın kabinet və zallarında bu məsələ müzkirə olunmur və olunmayacaq. Söhbət getsə-getsə, yalnız Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh müqaviləsindən, Cənubi Qafqazda qarşılıqlı inam və etimad mühitinin bərpa olunmasınunın yol və metodlarından gedə bilər.
İkincisi, Ermənistandan fərqli olaraq Azərbaycan Münhen Təhlükəsizlik Konfransına avropalı “cənablar”dan hər hansı kömək, yardım, vasitəçilik və s. xahiş etməyə deyil, dünyanın siyasi və iqtisadi xəritəsinin yenidən cızıldığı bir vaxtda Azərbaycan Respublikasının xarici siyasətinin əsas konturlarını çatdırmağa, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etməyə, Avropanın enerji təhlükəsizliyi ilə bağlı məsələlərdə öz fikir və təkliflərini bölüşməyə gedib, hansı ki, Rusiya-Ukrayna müharibəsi fonunda “enerji aclığı” yaşayan Avropa üçün bu, daha vacibdir.

Bu konfransda dünyanın nüfuzlu liderlərinin, iri biznes şəbəkələri rəhbərlərinin özlərinin Prezident İlham Əliyevlə görüşmək üçün təşəbbüs göstərməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı mühüm rolu növbəti dəfə ortaya qoydu.

Nəhayət, Azərbaycan bu konfransa növbədənkənar prezident seçkilərini ən yüksək səviyyədə keçirən və bu baxımdan “demokratik Avropa”nın özünü belə “mat” vəziyyətinə salan milli və dünyəvi dəyərlərə sadiq bir ölkə statusunda qatılıb. Həmin Avropa ki, onun bəzi dairələri seçki keçirilməmiş onun nəticələrini şübhə altın almağa çalışdı, seçkinin nəticələri bəlli olandan sonra isə liderləri İlham Əliyevi təbrik etmək üçün növbəyə düzüldülər.

İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qarşı tərəfin müraciəti əsasında keçirdiyi görüşlərin qrafıki da çox sıxdır: ATƏT sədri Yan Borq, Ukrayna prezidenti Volodimir Zelenski, Türkəyinin xarici işlər naziri Hakan Fidan, İsrail prezidenti İshak Hersoq, İrak Kürdüstanının lideri Neçirvan Bərzani, Almaniya kansleri Qlaf Şols, Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbəri Odil Reno-Basso, ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri (keçmiş dövlət katibi) və b.

İlham Əliyevin Almaniya kansleri Şolsun iştirakı ilə Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli, daha sonra ikitərəfli görüşləri də Münxen sammitinin yaddaqalan hadisələrindəndir. Burada diqqəti cəlb edən əsas nüans isə Emanuel Makronun simasında Fransanın oyundankənar vəziyyətdə qalmasıdır. Ermənistanın əsas “hami”sini bu cür gülünc duruma salan isə Azərbaycan liderinin yeritdiyi məqsədyönlü və uzaqgörən siyasətidir. Bu reallığı Nikol Paşinyan da deyəsən artıq başa düşməkdədir.

Bəli, Qoşulmama hərəkatının sədri kimi öz missiyasının uğurla yerinə yetirən, hazırda isə COP29 kimi nüfuzlu bir tədbirin ev sahibi və bir sıra mühüm qlobal iqtisadi layihələrin əsas müəllifi kimi Azərbaycan və onun lideri Münxendə diqqət mərkəzindədir.

Bunun da əsas səbəbi, İlham Əliyevin inaqurasiya mərasimində dediyi sözlərlə ifadə etsək, Azərbaycanın artıq lokal səviyyədə fəaliyyət göstərən dövlət statusundan çıxıb, dünyada fəal tərəfdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, dünyada qlobal problemlərin həllində fəal iştirak edən və buna əməli töhfələr verən bir dövlətə çevrilməsidir.

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv