!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa biznesində REKORD: “Köhnə dünya”nın yarım trilyonluq şirkəti hansıdır?

!Reklam – Yazi

Avropa İttifaqında (Aİ) ilk dəfə bir şirkətin dəyəri 500 milyard dollar həddini keçib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Fransanın “Louis Vuitton Moеt Hennessy” (LVMH) holdinqi Aİ-nin dəyəri yarım trilyon dollardan çox qiymətləndirilən ilk şirkəti olub.

Məlumata görə, “Euronext Paris” birjasında (keçmiş Paris birjası) LVMH-in səhmi 904,6 avroya satılıb. Nəticədə holdinqin dəyəri 455 milyard avroya (500 milyard dollardan çox) yüksəlib.

Qeyd olunur ki, LVMH-in maliyyə uğurlarının əsas sirri holdinqin seçmə məhsullarına tələbatın azalmaması və avronun dollara nisbətdə möhkəmlənməsidir.

www.yenicag.az

316
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv