!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Avropa çempionatı: Boksçumuz finala vəsiqə qazandı

!Reklam – Yazi

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal döyüşləri keçirilir.

Yenicag.az xəbər verir ki, bu mərhələyə yüksələn Azərbaycan millisinin üzvü Nicat Hüseynov (51 kq) rinqdən növbəti dəfə qələbə ilə ayrılıb. Belə ki, dünya və Avropa birinciliklərinin mükafatçısı finala gedən yolda türkiyəli Mehmethan Çinarı gərgin keçən qarşılaşmada 3:2 hesabla məğlub edib. Boksçumuz həlledici görüşə martın 23-də çıxacaq.

Qeyd edək ki, Azərbaycan milli komandasının bu gün daha 3 boksçusu yarımfinal qarşılaşmasına çıxacaq.

www.yenicag.az

412
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv