!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli oldu

!Reklam – Yazi

Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub.

Azərbaycan Taekvondo Federasiyasından Yenicag.az-a bildiriblər ki, mayın 9-12-də təşkil olunacaq turnirdə ölkəmizi 12 idmançı təmsil edəcək. Onlardan 8-i kişi, 4-ü isə qadın taekvondoçudur.

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Elnur Amanov yarışda Səyyad Dadaşov (54 kiloqram), Qaşim Maqomedov (58 kiloqram), Riyad Şirəliyev (63 kiloqram), Yaşar Məmmədli (68 kiloqram), Cavad Ağayev (74 kiloqram), Eltac Qafarov (80 kiloqram), Taleh Süleymanov (87 kiloqram) və Hamidreza Badrialiabadiyə (+87 kiloqram) şans verəcək.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkla böyük məşqçi Seul Bi Li isə çempionatda Zemfira Həsənzadə (46 kiloqram), Məryəm Məmmədova (49 kiloqram), Nigar Abdullayeva (53 kiloqram) və Leyla Bəşirovanı (57 kiloqram) sınayacaq.

Yarışda beynəlxalq dərəcəli hakimimiz Aygül Abdullayeva referilər sırasında yer alacaq.

Bu gün səfərə yollanan komandaya Azərbaycan Taekvondo Federasiyasının Nəzarət-Təftiş komitəsinin sədri Anar Surxayzadə rəhbərlik edəcək.

www.yenicag.az

112
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv