Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Avropa çempionatında VII tur: Həm udduq, həm uduzduq

Reklam: Sinerji Pro

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempionatında VII turun görüşləri keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycanın kişi və qadınlardan ibarət komandaları fərqli nəticələr göstəriblər.

Kişilərdən ibarət komanda Niderlanda qalib gəlib – 2,5:1,5. Şəhiyar Məmmədyarov, Teymur Rəcəbov və Qədir Hüseynov görüşlərini heç-heçə ilə bitirdikləri halda, Nicat Abbasov rəqibini yeniblər.

Turun digər oyununda Rusiya Ukraynaya 1,5:2,5 hesabı ilə uduzaraq, liderliyi əldən verib. Əvəzində xallarını 11-ə çatdıran Azərbaycan və Ukrayna şərikli liderlərə çevriliblər.

Qadın millisi isə Rusiyaya uduzub – 1:3. Komanda üzvlərindən Günay Məmmədzadə və Xanım Balacayeva heç-heçə edib, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva məğlubiyyətlə üzləşiblər.

Bu nəticədən sonra xanım şahmatçılardan ibarət komanda geriləyib və hazırda Polşa, Niderland və Macarıstanla birgə 5 – 8-ci yerləri bölüşür.

Avropa çempionatı, VII tur

19 noyabr

Kişilər

Niderland – Azərbaycan 1,5:2,5

Aniş Giri – Şəhriyar Məmmədyarov 0,5:0,5

Yorden van Forest – Teymur Rəcəbov 0,5:0,5

Maks Varmerdam – Qədir Hüseynov – 0,5:0,5

Erik van den Dul – Nicat Abbasov – 0:1

Rəcəbov və Abbasov ağ, Məmmədyarovla Hüseynov qara fiqurlarla oynayıb.

Qadınlar

Azərbaycan – Rusiya – 1:3

Günay Məmmədzadə – Aleksandra Qoryaçkina – 0,5:0,5

Xanım Balacayeva – Katerina Laqno – 0,5:0,5

Ülviyyə Fətəliyeva – Valentina Qunina – 0:1

Gövhər Beydullayeva – Polina Şuvalova – 0:1

Məmmədzadə və Fətəliyeva ağ, Balacayeva ilə Beydullayeva qara fiqurlarla mübarizə aparıb.

www.yenicag.az

149
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100