Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Avropa “FETÖ-nun gəlini”ni mükafatlandırdı – 10 min avro alacaq

Avstriya Naşirlər Birliyi FETÖ mədhiyyəçisi Elif Şafaka mükafat verib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Avstriya Naşirlər Birliyi özünün builki “Sözdə və əməldə tolerantlıq üçün” Şərəf mükafatını FETÖ terror şəbəkəsinə bağlı olan publisist, sözü və qələmi ilə hər imkanda Türkiyəni hədəfə götürən Elif Şafaka təqdim etməyi qərarlaşdırıb.

Məlumata görə, 10 min avro dəyərindəki mükafatın uzun müddətdir, Londonda yaşayan Elif Şafaka hansı tarixdə veriləcəyi hələ dəqiqləşməyib.

Qeyd olunur ki, Şafakın son olaraq, 16 aprel referendumundan sonra “The Guardian” qəzetində dərc etdirdiyi məqaləsində Türkiyə hakimiyyətinin ünvanına sərt tənqidi fikirlər yer alıb.

Yeniçağ.Az

Loading...

www.yenicag.az

378